Seçki subyektləri üçün
Aşağıda verilən sorğu-sual 2014-cü ilin yerli hakimiyyət seçkilərində iştirak edən seçki subyektlər üçündür. Suallarla maraqlanan subyektlər doldurulmuş sorğuları bu ünvana göndərə bilərlər: contact@nimd.ge
Seçki subyektləri üçün sorğu-sual
Xahiş edirik, aşağıdaki sualları cavablandırasınız. Hər cavab 250 sözdən artıq olmamalıdır. Bəzi sualları cavablandırmaya bilərsiniz.
İqtisadiyyət, büdcə, işə cəlb etmə
- İqtisadi inkişaf: Yerli hakimiyyətlərdə iqtisadi inkişafa nail olmaq üçün nə kimi siyasət aparacaqsınız? Xahiş edirik özünüzə məxsus üç prioriteti təsvir edəsiniz.
- Yerli büdcə: Sizin iqtisadi siyasətiniz nəticəsində, yerli hakimiyyətlərdə, neçə faizli minimal yüksəlişi planlaşdırırsınız?
- Biznes və investisiyalar: Ölkədə biznes və ticari infrastrukturun yaxşılaşdırılması və investisiyaların cəlb edilməsi naminə hansı siyasəti həyata keçirəcəksiniz?
- Urbanizm inkişafı: Ölkədə urbanizmin inkişafına tərəfdarlıq naminə hansı siyasəti həyata keçirəcəksiniz?
- Ticarət və kənd təsərrüfatı: Kənd sakinləri üçün ticarət və kənd təsərrüfatının iqtisadi imkanlarının yüksəldilməsi naminə hansı siyasəti həyata keçirəcəksiniz?
- Beynəlxalq ticarət: Beynəlxalq ticarət əlaqələrinin yaxşılaşdırılması naminə hansı siyasəti həyata keçirəcəksiniz?
İnfrastruktur və nəqliyyat
- İnfrastruktur: Ölkədə yol və biznes infrastrukturun inkişafı və yaşxılaşdırılması naminə hansı tədbirləri həyata keçirəcəksiniz?
- İctimai nəqliyyat: Ölkədə ictimai nəqliyyat sisteminin yaxşılaşdırılması uğrunda hansı siyasəti həyata keçirəcəksiniz?
- Məhdud imkanlı şəxslər: Məhdud imkanlı şəxslərin ictimai məkanlarda yerdəyişmələri imkanlarının yaxşılaşdırılması naminə hansı tədbirləri planlaşdırırsınız?
- Yol hərəkatı: Ölkədə yol hərəkatının təhlükəsizliyinin yaxşılaşdırılması üçün hansı siyasəti həyata keçirəcəksiniz?
Mədəniyyət və təhsil
- Mədəniyyət: Mədəni həyatın yaxşılaşıdılması naminə hansı siyasəti həyata keçirmək istəyirsiniz?
- Təhsil: Təhsilin keyfiyyətinin yaxşılaşdırılması naminə hansı siyasəti həyata keçirəcəksiniz?
Təhlükəsizlik və cinayət
- Təhlükəsizlik və cinayət: Cinayətə qarşı və onun prevensiyası üçün hansı siyasəti həyata keçirəcəksiniz?
Səhiyyə və sosial siyasət
- İlkin səhiyyə: İlkin səhiyyə xidmətinin asan əldə edilməsi və keyfiyyətinin yaxşılaşdırılması naminə hansı siyasəti həyata keçirəcəksiniz?
- Səhiyyə: Ölkədə səhiyyənin ümumi indikatorlarının yaxşılaşdırılması üçün hansı siyasəti həyata keçirəcəksiniz?
- Sosial siyasət: Sizin sosial siyasətiniz nədən ibarətdir və hansı sosial proqramlarının həyata keçirilməsi üçün cəhd göstərəcəksiniz?
Ekologiya, rekreasiya və idman
- Ətraf mühitin mühafizəsi: Ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması və ətraf mühitin çirklənməsinin azalması üçün hansı siyasəti həyata keçirəcəksiniz?
- İdman: İdman və sağlam həyat qaydasının inkişafı və idman-rekreasiv infrastrukturunun yaxşılaşdırılması üçün hansı siyasəti həyata keçirəcəksiniz?
Digər məsələlər
- Ekologiya: Ölkədə sağlam qida və içməli suyun asan əldə edilməsi üçün hansı siyasəti həyata keçirəcəksiniz?
- Mənzil siyasəti: Vətəndaşlar üçün daha yüksək keyfiyyətli yaşayış şəraitlərinin yaradılması üçün hansı siyasəti həyata keçirəcəksiniz?
Layihənin donoru
Layihə: Cənubi Qafqazda Demokratik İnistitutların İnkişafına dəstəyi Niderland Krallığının Gürcüstanda yerləşən səfirliyi tərəfindən verilir.